Mourinyo: "Real"ı bəyənmirəm"

12:26 | 29.03.2014
Mourinyo: "Real"ı bəyənmirəm"

Mourinyo: "Real"ı bəyənmirəm"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş klubu "Real"ın bu mövsüm La Liqadakı çıxışını bəyənmir.

 Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı çalışdırıcı turnir cədvəlində Madrid klubunun "Barselona"dan və "Atletiko"dan geri qalmasına təəccübləndiyini deyib: 

"Real" iki tur əvvəl vahid lider idi. "Barselona" ötən mövsümlərlə müqayisədə cari mövsüm daha çox xal itirib. Buna görə "Real"lın zirvədə olacağını gözləyirdim. Ancaq klubun hazırkı çıxışını bəyənmirəm".Mourinyo La Liqanın lideri "Atletiko" barədə isə müsbət fikirlər səsləndirib:"Atletiko"nun büdcəsi az olsa da, fantastik işlər görür. Hər kəs La Liqanın "Real" və "Barselona" arasında keçdiyinə öyrəşmişdi. Artıq "Atletiko"da çempionluq mübarizəsinə qoşulub. Bu isə çox yaxşıdır".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti