Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar”

17:06 | 03.05.2019
Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar”

Mübariz Qurbanlı: “Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar”

"Azərbaycan multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edir. Təsadüfi deyil ki, Bakıda, Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar. Bu, multikulturalizmin ən bariz nümunəsidir”.

ONA-nın xəbərinə görə, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ” Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir.

O qeyd edib ki, Azərbaycanda qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb