Müsəlman qadınlar üçün çimərlik paltarı hazırlanıb - Fotolar

23:47 | 11.12.2019
Müsəlman qadınlar üçün çimərlik paltarı hazırlanıb - Fotolar

Müsəlman qadınlar üçün çimərlik paltarı hazırlanıb - Fotolar

"Nike” şirkəti müsəlman qadınları düşünmək qərarına gəlib. Onlar üçün çimərlik paltarları hazırlanıb.

Bizimyol.info xəbər verir ki, "Victory Swim” gələn il fevralın 1-dən satışa çıxarılacaq. Qapalı çimərlik paltarlarının bir neçə növü var.

Yəni həm çimərlik zonasında, həm də suya girmək üçün formaları nəzərdə tutulub. "Victory Swim” yüngül, tez quruyan materialdan, trikotajdan hazırlanıb. Günəşə dözümlülük baxımından yüksək keyfiyyətdə tikilib.
"Nike” şirkətinin dizaynerləri burkini adlanan bu geyimi hazırlamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən olan fiqurlu konkisürən Zəhra Laridən ilham alıblar. O, yarışlara hicabda çıxır.
Avqustda Misirdə burkini ilə dənizə, hovuza girməyi qadağan etmişdilər.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM