• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib

Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib
18.06.2026 21:59

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanmış memorandumla bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Xamenei müraciətini “X” sosial şəbəkəsində yayımlayıb.

Xamenei bildirib ki, memorandumla bağlı ilkin mövqeyi fərqli olsa da, Prezident Məsud Pezeşkianın və Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin İran xalqının və “Müqavimət Cəbhəsi”nin maraqlarını qorumaq öhdəliyi götürdüklərini bəyan etməsindən sonra sənədə razılıq verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında saziş artıq imzalanıb. Xamenei qeyd edib ki, razılaşmanın əldə olunması istiqamətində aparılan danışıqlarda İran rəsmiləri mühüm səylər göstəriblər.

Ali rəhbər əlavə edib ki, Pezeşkian ABŞ tərəfinin əlavə tələblər irəli sürəcəyi təqdirdə onlara boyun əyməyəcəyini bildirib. Xameneinin sözlərinə görə, bundan sonra memorandumda nəzərdə tutulan öhdəliklərin icrasının nəticələri izlənəcək.

İyunun 18-də imzalanan memorandum Vaşinqton və Tehran arasında yekun razılaşmanın hazırlanması məqsədilə 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə tərəflər arasında hərbi əməliyyatların dayandırılması, gərginliyin azaldılması, İranın nüvə proqramı üzrə müzakirələrin aparılması və digər məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı müddəalar yer alıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol