Mustafa Ceceli kimə görə Bakıya gəldi? - FOTOLAR

15:58 | 30.09.2016
Mustafa Ceceli kimə görə Bakıya gəldi? - FOTOLAR

Mustafa Ceceli kimə görə Bakıya gəldi? - FOTOLAR

Son günlər Bakıya gələn türkiyəli məşhurların sayı artıb. Bir neçə gün əvvəl gənc müğənni İlyas Yalçıntaş paytaxtda klubların birində konsert vermək üçün Bakıya gəlmişdi. 

ANN.Az xəbər verir ki, bu gün isə türkiyəli müğənnilər Bengü və Mustafa Ceceli yenidən Bakının qonağıdır. Bengü paytaxtımıza gəlişini "Instagram" hesabından paylaşdığı foto ilə çatdırıb və fotoya "Bakıdan salamlar” şərhini yazıb. 
 


Daha sonra həmkarı Mustafa Ceceli də sosial şəbəkədə oxşar paylaşım etməklə Bakıya yenidən gəldiyini açıqlayıb. Mustafa Ceceli isə fotonu şərh edərək Bengünü Azərbaycanda da tək buraxmadığını bildirib.
 


Türkiyəli məşhurlar Bakıya gəlmə səbəbini hələlik açıqlamayıb.
 

 
Xatırladaq ki, bu, Mustafa Cecelinin Bakıya ilk gəlişi deyil. 

Mütəmadi olaraq, paytaxtımızda konsert və toylara gələn müğənni ötən həftə də Bakının qonağı olmuşdu.

Kamil ƏMİRLİ

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb