Mustafa Dənizli "Neftçi"dən kimi istəyir?

15:26 | 15.05.2014
Mustafa Dənizli "Neftçi"dən kimi istəyir?

Mustafa Dənizli "Neftçi"dən kimi istəyir?

Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin istədiyi futbolçuların adları yavaş-yavaş müəyyənləşir. Fanat.az xəbər verir ki, rəhbərliyə 10 futbolçunun adını təqdim edən türk mütəxəssisin siyahısında Elvin Yunuszadə də var.
Dənizli müdafiə xəttini gücləndirmək üçün gənc futbolçunun alınmasını istəyir. Amma bu transferi reallaşdırmaq "Xəzər Lənkəran" üçün çox çətin olacaq. Çünki "Neftçi" gəncləşdirmə siyasətinə hazırlaşır və yeni komandanın əsas simalarından biri də Elvin olacaq. Gənc müdafiəçi çətin ki, paytaxt klubunu qoyub əyalətdə oynamağa razılıq versin.
Qeyd edək ki, Mustafa Dənizli rəhbərliyə təxminən 10 yerli futbolçunun yer aldığı transfer siyahısı təqdim edib. Baş məşqçi onlardan 5-6 nəfərin alınmasını istəyir. Türk mütəxəssisin siyahısında Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Eyyubov, Rəşad Sadiqov, Vaqif Cavadov kimi futbolçuların adları var.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb