Nağdəliyev yeni başçını təqdim etdi

15:51 | 30.08.2018
Nağdəliyev yeni başçını təqdim etdi

Nağdəliyev yeni başçını təqdim etdi

Prezident İlham Əliyevin sərəncamına əsasən Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayev kollektivə təqdim edilib.

Anews.az Unikal.org-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak edib.

Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb