Namus üstə adam öldürən qadın bu gün edam olunur - FOTO

17:36 | 30.09.2014
Namus üstə adam öldürən qadın bu gün edam olunur - FOTO

Namus üstə adam öldürən qadın bu gün edam olunur - FOTO

İranlı qadın Reyhaneh Cabbari onu zorlamaq istəyən adamı öldürdüyü üçün edam cəzasına məhkum edilib.

 

Axar.az xəbər verir ki, hakim 2007-ci ildə baş verən cinayətlə bağlı son qərar qəbul edib. 26 yaşlı Cabbari bu gün Tehranda edam olunacaq. Anasının sözlərinə görə, Cabbari bu sözləri deyib: “Bütün əzablar bu gün sona çatacaq. Təəssüf ki, mən sizin əzabınızı azalda bilmirəm. Mən ölümdən sonrakı həyata inanıram. Sizdən ayrı yaşamaq çox çətin olacaq”.

 

Reyhanehin anası edamdan sonra qızının cənazəsini almaq üçün artıq həbsxana müdirliyinə müraciət edib.

 

Hökmü ləğv etmək üçün 200 minə yaxın imza toplansa da, bu imzalar qərarın dəyişməsinə heç bir yardım etməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb