NASA-dan unikal kadrlar - VİDEO

21:31 | 02.09.2014
NASA-dan unikal kadrlar - VİDEO

NASA-dan unikal kadrlar - VİDEO

NASA avqustun 24-də Günəşdə baş verən partlayışı əks etdirən görüntülər yayıb. ANS PRESS-in məlumatına görə, kadrlar NASA-nın Günəş Dinamikası Observatoriyası tərəfindən çəkilib və Günəşin sol tərəfində baş verən partlayışı əks etdirir. Partlayış orta səviyyədə olduğu üçün onun buraxdığı radiasiyanın Yer kürəsinə heç bir zərərinin olmadığı bildirilir. NASA alimlərinin məlumatına görə, Günəşdə partlayışın yaratdığı zərərli radiasiya Yer kürəsinin atmosferinə daxil olaraq insanların sağlamlığına ziyan vura bilməsə də, GPS sistemlərinin olduğu və kommunikasiya siqnallarının ötürüldüyü atmosfer qatında problemlər yarada bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM