NASA-nın keçmiş əməkdaşından maraqlı açıqlama

17:09 | 16.10.2019
ABŞ-nin kosmik agentliyi NASA-nın eks-işçisi Gilbert Levinin sözlərinə görə, "qızıl planetdə” həyatın olmasını sübut edən dəlillər çoxdan tapılıb.
 
NASA-nın keçmiş əməkdaşı "Scientific American”a müsahibəsində bildirib ki, 1976-cı ildə kainatda yalnız olmadıqlarını öyrəniblər.
 
Kosmik agentlik həmən il müşahidə aparmaq üçün "qızıl planetə” kosmonavt göndərib. Bu, həm də ABŞ-nin Marsa ilk səfəri olub.
 
G.Levinin də qatıldığı tədqiqatda məlum olub ki, Marsdan götürülmüş nümunənin tərkibində azot əsaslı biogenlər və radioaktiv karbon aşkarlanıb. Həmçinin nümunədə maddələr mübadiləsinin getdiyi də müşahidə olunub.
 
Eyni zamanda Marsın quru torpaqlarında mikroorqanizmlərin mövcudluğu ilə bağlı dəqiq fikir yürütmək mümkün olmayıb.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
loading...