Nasri klubsuz qaldı, Eto komanda tapdı

21:44 | 01.02.2018
Nasri klubsuz qaldı, Eto komanda tapdı

Nasri klubsuz qaldı, Eto komanda tapdı

"Antalyaspor” daha bir məşhur futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Anews.az xəbər verir ki, Antalya təmsilçisi kamerunlu hücumçu Samuel Etonun ardından fransalı yarımmüdafiəçisi Samir Nasri ilə yollarını ayırıb.

Ötən ilin avqustunda 3,5 milyon avro qarşılığında "Antalyaspor”la iki illik müqavilə bağlamış "Arsenal” və "Mançester Siti”nin sabiq futbolçusu bu komandada cəmi səkkiz oyun keçirib və iki qola imza atıb.

Samir Nasrinin hansı kluba keçəcəyi bilinməsə də, artıq Samuel Eto özünə komanda tapıb. O, "transfer pəncərəsi”nin son günündə "Konyaspor”a keçib.

"Barselona”, "İnter” və "Çelsi”nin sabiq futbolçusu Konya klubu ilə 2,5 illik müqavilə bağlayıb. Eto 37 yaşında ona güvəndiyi üçün "Konyaspor”un baş məşqçisi Mehmet Özdiləyə təşəkkürünü bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb