Natiq Əmirov: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

18:19 | 27.09.2016
Natiq Əmirov: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

Natiq Əmirov: “Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik”

Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişafı ilə bağlı yol xəritəsinin hazırlanması üçün ABŞ-ın "McKinsey & Company” şirkəti cəlb edilib. 

"Report” xəbər verir ki, bu barədə "Financial Times” jurnalına açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

N.Əmirov post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb: "Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik, amma faktiki olaraq bu gün artıq həmin situasiyadayıq”.

Qeyd edək ki, "McKinsey & Company” ötən ay bir neçə ölkənin iqtisadi diversifikasiyası üçünkonsultasiya xidmətləri göstərməyə başladıqlarını açıqlamışdılar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM