NATO Baş katibi: Qarabağdakı insidentlərdən narahatam

16:45 | 24.11.2014
NATO Baş katibi: Qarabağdakı insidentlərdən narahatam

NATO Baş katibi: Qarabağdakı insidentlərdən narahatam

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağdakı insidentdən və zorakılıqdan narahatdır.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, Haaqada NATO Parlament Assambleyasının iclasında deyib. Baş katibin sözlərinə görə, bu onu göstərir ki, münaqişənin hərbi həll yolu ola bilməz: "Siyasi həll yoluna alternativ yoxdur".Y.Stoltenberq vurğulayıb: "Mən NATO-nun birbaşa rolunu görmürəm, lakin danışıqlar vasitəsilə Dağlıq Qarabağda davamlı sülh üçün şərait yaratmaq məqsədi ilə Minsk prosesini dəstəkləyir".Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb