NATO Gürcüstana üzvlük planını bir neçə aya təqdim edə bilər

09:11 | 12.03.2014
NATO Gürcüstana üzvlük planını bir neçə aya təqdim edə bilər

NATO Gürcüstana üzvlük planını bir neçə aya təqdim edə bilər

Gürcüstanın alyansa qəbul edilməsi üçün siyasi, iqtisadi, hərbi və hüquqi sahələrdə bir neçə şərtlərə cavab verməlidirGürcüstan sentyabr ayında NATO-ya üzvlük haqqında Fəaliyyət planı ala bilər. ANS PRESS-in məlumatına görə, qəti qərar Krımın referendumla Rusiyaya daxil olacağından asılı olacaq. Məlumata görə, Gürcüstan əgər Krım Rusiyanın tərkibinə daxil olsa NATO-nun Böyük Britaniyada sentyabrda keçiriləcək sammitinin gedişatı zamanı planı təqdim edə bilər. Söhbət siyasi, iqtisadi,hərbi və hüquqi sahələrdə şərtlər siyahısından gedir. Bu şərtlərin yerinə yetirilməsinən sonra ölkə alyansa daxil edilir.“Tbilisinin namizəd statusu almaq üçün ərizəsi təmin olunmalıdır”,-deyə NATO qərargahındakı mənbə bildirib.Keçən il NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Gürcüstan 2015-ci ildən Alyansın çevik əməliyyat qüvvələrinə qoşula bilər. Yanvarda Gürcüstan baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan NATO-ya üzv olmaq üçün Fəaliyyət planını2014-cü ildə alyansın sammitində alacağına ümid edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb