NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir

14:00 | 14.09.2014
NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir

NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir

NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir.

APA-nın “RSN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.  

 

Qurumun rəhbəri bildirib ki, o, bu günlərdə NATO-nun Uelsdə keçirilmiş sammitində prezident Pyotr Poroşenkonu  müşayiət edib. Valeriy Geletey qapalı formatda dünyanın aparıcı ölkələrinin müdafiə nazirləri ilə Ukraynaya silah tədarükü məsələsini müzakirə etdiyini qeyd edib: “Tədarük prosesi artıq başlayıb”, deyə nazir əlavə edib.  

 

Bundan əvvəl Poroşenko da Kiyevin NATO ölkələri ilə birbaşa silah tədarükünə dair razılığa gəldiyini bəyan edib.  

APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM