NATO-nun baş katibi: "Rusiya ilə yeni "soyuq müharibə" istəmirik"

11:24 | 21.05.2016
NATO-nun baş katibi:

NATO-nun baş katibi: "Rusiya ilə yeni "soyuq müharibə" istəmirik"

 "Şimali Atlantika Alyansı Rusiya ilə yeni "soyuq müharibə" istəmir”.
 
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu  NATO-nun baş katibi Yens Stoltenberq deyib.
 
O bildirib ki, NATO Rusiyanın öz silahlı qüvvələrini necə intensiv maliyyələşdirdiyini müşahidə edir: "NATO yalnız bu fəaliyyətlərə cavab verərək öz müdafiəsini gücləndirir. Biz eyni zamanda eskalasiyadan qaçırıq və açıq dialoqu dəstəkləyirik”.
 
NATO baş katibi hazırda alyansın Rusiyadan birbaşa təhdid görmədiyini də açıqlayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb