NATO Suriyaya quru qüvvələri göndərməyəcək

20:24 | 07.12.2015
NATO Suriyaya quru qüvvələri göndərməyəcək

NATO Suriyaya quru qüvvələri göndərməyəcək

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, alyans Suriyada İslam Dövləti (İD) silahlı qruplaşması yaraqlıları ilə vuruşmağa quru qüvvələri göndərməyəcək.

Dekabrın 7-də İsveçrənin Tages-Anzeiger qəzetinin dərc etdiyi müsahibədə Stoltenberg bildirib ki, ABŞ koalisiyanın hava zərbələrini müşayiət etmək üçün NATO quru qüvvələrinin göndərilməsi "koalisiya və NATO müttəfiqlərinin gündəmində deyil”.

"Birləşmiş Ştatlar məhdud sayda xüsusi qüvvələr göndərib, ancaq yerli qüvvələrin gücləndirilməsi yeganə variantdır”, Stoltenberg deyib.

Baş katibin sözlərinə görə, alyans Türkiyənin hava müdafiəsini yaxşılaşdırılmasına kömək edəcək. Bu yaxınlarda türkiyə Rusiya təyyarəsini hava hüdudlarını keçdiyinə görə vurub. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM