Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı festivalda təmsil etdi

00:21 | 23.04.2014
Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı festivalda təmsil etdi

Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı festivalda təmsil etdi

 Tacikistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Düşənbə şəhərində keçirilən “Çodari xael” adlı ənənəvi IV Kukla teatrları festivalı davam edir.Xəbər verdiyimiz kimi ölkəmizi bu festivalda Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir.Aprelin 21-də Azərbaycanın Xalq Artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə teatr qrupu dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini tamaşaçılara təqdim etmişdir.Xatırladırıq ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə, Rusiya, Fransa, İran, İspaniya və Tacikistan teatrları iştirak edirlər.Festivalda tamaşalar tacik, rus və digər iştirakçı dövlətlərin dillərdə təqdim edilir.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb