“NAZ ildə 10 min avtomobil buraxa bilər”

12:40 | 27.01.2016
“NAZ ildə 10 min avtomobil buraxa bilər”

“NAZ ildə 10 min avtomobil buraxa bilər”


"Naxçıvan Avtomobil Zavodu (NAZ) ölkə məmurlarının istifadəsi üçün bir neçə adda model təklif edə bilər. NAZ-ın istehsal gücü ildə 5 min avtomobil təşkil edir. Amma 2 növbəli iş qurulsa, bu rəqəmi ildə 10 min avtomobilə çatdırmaq olar. İstənilən qədər avtomobil istehsal edə bilərik, təki alıcılar olsun”. "Fins.az” bu xəbəri  NAZ-ın direktoru Musa Abdullayevə isnadən yayıb.

M.Abdullayevin sözlərinə görə, hazırda Naxçıvan Avtomobil zavodunda 10 adda avtomobil istehsal edilir. Bunların əksəriyyəti məmurların və dövlət nümaynədələrinin istifadəsi üçün yararlıdır: «Məsələn 2016-cı ildən etibarən yeni «Lifan 820» modelinin istehsalına başlamışıq. Bu, biznes sedan sayılır. Avtomomatik sürət qutusu ilə təmin edilib».

Ümumiyyətlə, zavod direktoru deyir ki, məmurların istifadəsi üçün 3 model təqdim oluna bilər. Bunlar – «Lifan 720», «Lifan 820» və «X60» krossoverdir.

Direktor bildirib ki, hazırda zavodun anbarlarında satışa hazır olan 180 avtomobil var.

Dövlət başçısı İlham Əliyev "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının realaşdırılamsının ikinci ili ilə bağlı yanvarın 26-da keçirilən konfransda məmurlara və iş adamlarına "Naxçıvanda istehsal edilən avtomobil, yerli mebel almaq” təklifləri səsləndirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM