Nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı

08:25 | 22.05.2018
Nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı

Nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

"Qafqazinfo”nun Unikal.org-a istinadən verdiyi məlumata görə, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyevi vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM