Nazir direktoru işdən çıxardı - FOTOLAR

12:04 | 28.09.2016
Nazir direktoru işdən çıxardı - FOTOLAR

Nazir direktoru işdən çıxardı - FOTOLAR

Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində "İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının  zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan  texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.

Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.

Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov  səhlənkarlıq göstərərək  kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməmişdir. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən  azad edilmişdir. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında  məsələ  qaldırılıb.

Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcəkdir.
 
Orxan Aslanlı
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb