Nazir söz verdi

15:00 | 27.12.2014
Nazir söz verdi

Nazir söz verdi

Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı bazarlarda süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərini gücləndirib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı bazarlarda süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərini gücləndirib.

"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
 
Onun sözlərinə görə, nazirlik  bayramqabağı bazarlarda kənd təsərrüfatı məhsullarında süni qiymət artımının və bahalaşmanın olmaması üçün stimullaşdırıcı tədbirlər görür və bazarlarda bolluq yaratmağa çalışır: "Süni qiymət artımının qarşısını almaq məqsədilə hazırda müavinlərim və nazirlik əməkdaşları Xətai yarmarkasındadır. 30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Bizim məqsədimiz bazarda stimullaşdırıcı tədbirlər görərək bolluq yaratmaqdır”.
 
Nazir əmin edib ki, bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə hər hansı təhlükəli meyl gözlənilmir.
 
ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb