Nazir vəkili döyən polislərə cəza yağdırdı – rəis müavinini sistemdən qovdu

13:08 | 08.06.2019
Nazir vəkili döyən polislərə cəza yağdırdı – rəis müavinini sistemdən qovdu

Nazir vəkili döyən polislərə cəza yağdırdı – rəis müavinini sistemdən qovdu

Ötən ay Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb. 


Bakupost.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Anar Qasımlı xəbər verib. 


Vəkil bildirib ki, Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.


Nazirin əmri ilə əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.
Qeyd edək ki, mayın 30-da vəkil Orxan Kəngərli Binəqədi RPİ 4-cü PŞ-də şiddətə 


Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələni izləyəcəklərini və təqsirkar şəxslərin qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalması üçün bütün addımları atacaqlarını demişdi. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb