Nazir Xəzər dənizinin hasarlanmasına münasibət bildirdi

20:00 | 13.05.2016
Nazir Xəzər dənizinin hasarlanmasına münasibət bildirdi

Nazir Xəzər dənizinin hasarlanmasına münasibət bildirdi

İnsanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.

"Report"un məlumatına görə, Hüseyn Bağırov "ASAN radio"nun "QəbuldASAN” verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.

Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərlərdir".

Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM