Nazirdən taxılın qiyməti ilə bağlı şad xəbər

17:16 | 26.02.2015
Nazirdən taxılın qiyməti ilə bağlı şad xəbər

Nazirdən taxılın qiyməti ilə bağlı şad xəbər

"Ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz”. 

Axar.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşü zamanı bildirib. Nazir bildirib ki, bu il respublikamıza təlabata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik. Nazir bildirib ki, ölkəyə gətirilən gübrələr kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır. 

Nazir əlavə edib ki, gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətləri tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb