NAZİRƏ SUAL: Mərkəzi Seçki Komissiyasının rəsmisi qonağımızdır - ANN.TV

10:12 | 12.10.2015
NAZİRƏ SUAL: Mərkəzi Seçki Komissiyasının rəsmisi qonağımızdır - ANN.TV

NAZİRƏ SUAL: Mərkəzi Seçki Komissiyasının rəsmisi qonağımızdır - ANN.TV

Noyabrın 1-də ölkədə əhəmiyyətli siyasi-ictimai hadisə baş verəcək. Azərbaycanda növbəti 5 il müddətinə parlamentdə əyləşəcək və ölkəyə millət vəkilliyi edəcək şəxslərin seçkisi olacaq. 

Ölkədə bu və ya digər seçkilərin təşkilatçısı Mərkəzi Seçki Komissiyasıdır. Bu qurum seçkilərlər bağlı bir çox vəzifə və funksiyaları həyata keçirir. İstər seçicilərin normal şəraitdə səs verməsini, istərsə də seçilmək istəyən şəxslərin qanunlara uyğun formada qeydiyyata alınmasını, təşviqat və təbliğat prosesinə əməl olunmasını bu qurum nəzarət edir. 

ANN.TV-nin çəkiliş qrupunun "Nazirə sual" rubrikası çərçivəsində növbəti qonağı Mərkəzi Seçki Komissiyasının rəsmisi olacaq. Əgər sizin də MSK-nın fəaliyyəti, hazırkı seçki prosesi ilə bağlı sual və təklifləriniz varsa, ANN.Az xəbər portalının facebook səhifəsinə, eləcə də [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM