Nazirlik: Təxminən yarım milyon manat işçilərə qaytarıldı

14:09 | 05.06.2015
Nazirlik: Təxminən yarım milyon manat işçilərə qaytarıldı

Nazirlik: Təxminən yarım milyon manat işçilərə qaytarıldı

Əmək və Əhalinin Sosil Müdafiəsi nazirliyi (ƏƏSMN) yanvar-mart aylarında 432 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edib.

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.

Ümumilikdə ƏƏSMN tərəfindən 54 467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib.

Qeyd olunan vəsaitin, o cümlədən 52 713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödəncin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ümumilikdə cari ilin yanvar-may aylarında nazirlik işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432 146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.

Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb