Nazirlikdən sürücülərə MÜRACİƏT

11:39 | 22.08.2019
Nazirlikdən sürücülərə MÜRACİƏT

Nazirlikdən sürücülərə MÜRACİƏT

Bakıda avtomobildən oğurluq olub.


DİN-in Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus "Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.


DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb