Nazirlikdən yeni loqo ilə bağlı tənqidlərə CAVAB

20:15 | 18.03.2022
Nazirlikdən yeni loqo ilə bağlı tənqidlərə CAVAB

Nazirlikdən yeni loqo ilə bağlı tənqidlərə CAVAB

Bu gün yeni loqosunu təqdim edən Gənclər və İdman Nazirliyi sosial şəbəkələrdə səsləndirilən tənqidlərə cavab verib. 
 
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Modern.az-a açıqlamasında bildirib ki, hər bir ölkənin Alfa-3 sertifikatlı qəbul edilmiş qısa adı var: 
 
"Beynəlxalq yarışlarda Azərbaycanın qısadılmış adı AZE olaraq göstərilir. İdmançılarımızın geyimləri üzərində AZE yazılır, yarışlar zamanı Azərbaycan adı AZE kimi ifadə olunur, tanınır. TV ekranlarında, yarış meydanlarında, tablolarda da belə yazılır. 
 
Fon olaraq seçilmiş yaşıl rəng isə gənc nəslə, idmançılara xas aktivlik və enerji rəmzi olaraq ifadə olunub.
 
Loqo müasir dövrün dizayn tendensiyalarına uyğun və minimalist yanaşma ilə hazırlanıb"

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb