“Nə? Harada? Nə zaman?” üzrə seçim turları keçirildi

17:05 | 07.01.2015
“Nə? Harada? Nə zaman?” üzrə seçim turları keçirildi

“Nə? Harada? Nə zaman?” üzrə seçim turları keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Bakcell” şirkətinin dəstəyi ilə "Xəzər” İntellektual Gənclər Klubu və Azərbaycan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiadanın seçim turları təşkil olunub.

Təşkilat komitəsindən verilən məlumata əsasən, seçim turları Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Zaqatala, Mingəçevir, Qazax, Ağcabədi, Beyləqan, Biləsuvar, Lənkəran, Salyan, Cəlilabad, Şamaxı və Qubanın ali təhsil məktəblərində sinxron olaraq keçirildi. Sinxron təşkil olunan seçim turunda bütün Azərbaycandan 200-ə yaxın komanda iştirak etdi.

Paytaxt turunda ən yaxşı nəticə göstərən 45 komanda turnirin finalına vəsiqə qazandı.

Regional seçimlərdən isə 25 komanda finala vəsiqəni təmin etdi. Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" oyunu üzrə Universiadanın final oyunu yanvarın 25-də Bakıda təşkil olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM