Nebenzya ÜAK-ın ləğvindən danışdı

17:17 | 21.05.2017
Nebenzya ÜAK-ın ləğvindən danışdı

Nebenzya ÜAK-ın ləğvindən danışdı

"Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir”.

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

"Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır”, - deyə o qeyd edib.

"Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir”, - deyə diplomat bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM