Neft Fondu “VTB Bank”ın payını artırmayacaq

14:47 | 11.04.2018
Neft Fondu “VTB Bank”ın payını artırmayacaq

Neft Fondu “VTB Bank”ın payını artırmayacaq

Gələn ay Sankt-Peterburq şəhərində (Rusiya) Bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Anews.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

O deyib ki, Dövlət Neft Fondunun Rusiyanın "VTB Bank”ın da payını artırmaq planları yoxdur:

"Bankın səhmdarlarının ümumi yığıncağında həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən, dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividendin kəskin artacağını gözləyirik”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM