Neft məhsullarının saxlanıldığı baza yanır

15:07 | 05.07.2017
Neft məhsullarının saxlanıldığı baza yanır

Neft məhsullarının saxlanıldığı baza yanır

Ukraynanın Odessa vilayətində yerləşən "Svitanok" neft bazasında güclü yanğın baş verib.
 
"APA-Economics" "Oil News" agentliyinə istinadən xəbər verir ki, adıçəkilən bazada SOCAR və digər şirkətlərin neft məhsulları saxlanılır.
 
Hazırda neft bazasının personalı təxliyə olunur.
 
Fövqəladə Hallar Komissiyasının yerli bölməsi yanğının baş verdiyini təsdiqləyib. Qurumdan verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
 
"Dumskaya" portalı isə yazır ki, neft bazasının ərazisində yanacaq daşıyan avtomobil partlayıb. Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.
 
SOCAR-ın Ukraynadakı törəmə müəssisəsinin mətbuat xidmətinin açıqlamasında isə deyilir ki, yanğın OKKO şirkətinə məxsus olan yanacaq daşıyan avtomobilin partlaması nəticəsində meydana gəlib: "Neft bazasının rezervuarları və çənləri xəsarət almayıb. Yaralılara ilkin tibbi yardım göstərilib".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb