“Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib

21:30 | 19.05.2023
“Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib

“Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib

"Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib.

Bu barədə  müsahibəsində "ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf məlumat verib.

Rumıniyalı mütəxəssis bildirib ki, rəhbərlik müdafiəçi Vojislav Stankoviç və yarımmüdafiəçi Emin Mahmudovun mövsümün sonuna qədər olan sözləşməsini uzatmağa çalışır: "Emin Mahmudov müqavilənin uzadılması üçün təklif alıb. Stankoviçlə də danışıqlar olub. Onların klubu tərk edəcəklərini düşünmürəm. Bu oyunçuları saxlamağa və yeni futbolçular cəlb etməyə çalışacağıq”.

Serbiyalı Vojislav Stankoviç 2019-cu ildən, kapitan Emin Mahmudov isə 2017-ci ildən "Neftçi”nin formasını geyinir.

Laurentsiu Regekampfın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM