Neft ucuzlaşır

10:25 | 05.07.2016
Neft ucuzlaşır

Neft ucuzlaşır

Dünya bazarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,80 dollar azalaraq 48,19 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar azalaraq 49,57 dollar olub.
 
Norveçin "Rystad Energy" konsaltinq şirkətinin yaydığı məlumata əsasən, ABŞ-ın neft ehtiyatları Rusiya və Səudiyyə Ərəbistanının ehtiyatlarından çoxdur. Belə ki, ABŞ-da neft ehtiyatları 264 mlrd. barrel, Rusiyada 256 mlrd. barrel, Səudiyyə Ərəbistanında isə 212 mlrd. barrel təşkil edir. Bu xəbəri "Financial Times" qəzeti yaydıqdan sonra neft ucuzlaşmağa başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb