Neftin nə zaman bahalaşacağı açıqlandı

21:54 | 08.01.2016
Neftin nə zaman bahalaşacağı açıqlandı

Neftin nə zaman bahalaşacağı açıqlandı

Neftin ucuz qiymətlər dövrü uzun çəkəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Afrika regional CEMAC təşkilatının rəhbərliyi ilə görüşdə bildirib.

"Əvvəlki silsilələrdən fərqli olaraq biz neftin qiymətinin uzun müddət ucuz qalacağını gözləyirik. Fyuçers müqavilələri neftin bir bareli üçün 60 dollar qiymətinin bərpa edilmə imkanının 2019-cu il üçün mümkün olacağını göstərir.

Bir neçə amil bazarda neftin bolluğuna gətirib çıxardı. O cümlədən də layihələr, OPEK strategiyası və İrandan ixracın artırılmasının planlaması, ABŞ-da tələbatın azalması və əsasən də inkişaf etməmiş ölkələrdə iqtisadi fəallığın azalması bazarlara təsir edir” - o qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb