Neftin qiyməti 100 dolları ötəcək - Proqnoz

23:04 | 13.04.2018
Neftin qiyməti 100 dolları ötəcək - Proqnoz

Neftin qiyməti 100 dolları ötəcək - Proqnoz

"Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq”,  bu barədə ABŞ-ın "CNBC” telekanalının neft-qaz sektorunun analitiki bildirib.

"Yaxın Şərqdə hadisələr baş versə, hesab edirəm ki, neftin qiymətinin üçrəqəmli göstəricilərə qalxacağı ssenarisi reallaşacaq”,- deyə "Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.

A. Kapadiya hələ bundan təxminən il yarım əvvəl neftin qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb. 

Onun sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysalar da, sonradan bu, reallığa çevrildi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM