"Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər"

20:34 | 05.01.2016

"Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər"

Putin xalqı daxili problemlərdən yayındırmaq üçün beynəlxalq münaqişələrdən çox bacarıqla istifadə edir

"Son illər Rusiya prezidenti Vladimir Putin dünyaya bir neçə dəfə hərbi sürprizlər təşkil edib. Neftin ucuzlaşması Putini yeni hərbi sürprizlər etməyə vadar edə bilər".

"Report" xəbər verir ki, bu haqda "The Washington Times" qəzetindəki məqalədə bildirilib.

Məqalə müəllifi L.Todd Vudun qənaətincə 2016-cı ildə Kremldən yeni geopolitik sürprizlər də gözləmək olar.

"Neftin qiyməti ucuzlaşıb, onun bahalaşması üçün katalizator yoxdur. Yaxın gələcəkdə Rusiyanın xəzinəsinin dolması mümkünsüzdür. Belə bir ssenari Kreml üçün dözülməz təzyiq ola bilər. Bundan başqa, Rusiya ordunu modernləşdirməyə cəhd göstərir. Bu isə xalqın həyat səviyyəsinin yüksəlməsi ilə ziddiyyət təşkil edir.

Putin xalqı daxili problemlərdən yayındırmaq üçün beynəlxalq münaqişələrdən çox bacarıqla istifadə edir.

Rusiya cəmiyyətinin narazılığını beynəlxalq aləmdə əlavə hərbi addım atmaqla aradan qaldıra bilər. İran-Rusiya-Suriya Yaxın Şərqdə maraqlı yeni təsiredici oxdur.

Rusiya neftin qiymətini qaldırmaq üçün bölgədəki neft rayonlarını hərbi yolla tuta, yaxud ələ keçirmək istəyi ilə bağlı hay-küy sala bilər".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb