Nəhəng bayraq stadiona necə gətirildi? -VIDEO

15:01 | 19.09.2014
Nəhəng bayraq stadiona necə gətirildi? -VIDEO

Nəhəng bayraq stadiona necə gətirildi? -VIDEO

Tribunada bu uzunluqda bayrağın açılacağı son ana qədər gizli saxlanılıb. Hətta komandanın futbolçularına da bu haqda məlumat verilməyib

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”ə qarşı oyununda bir ilkə imza atıb. 

Qol.Az-ın xəbərinə görə, klubun təşəbbüsü ilə oyundan öncə stadiona uzunluğu 70 metrə çatan Azərbaycanın üçrəngli bayrağı gətirilib. Böyük Azərbaycan bayrağı Üzeyir Hacıbəylinin "Koroğlu" üverturası sədası altında stadionda dalğalanıb. Respublika stadionuna təşrif buyuran azarkeşlər bayrağı başları üzərində daşıyıblar. 

Qeyd edək ki, bu bayraq Dövlət Bayrağı Meydanına məxsusdur. Bayrağın stadiona gətirilməsi ideyası tanınmış jurnalist Şakir Eminbəyliyə məxsus olub. 

Klubdan Qol.Az-a bildirilib ki, tribunada bu uzunluqda bayrağın açılacağı son ana qədər gizli saxlanılıb. Hətta komandanın futbolçularına da bu haqda məlumat verilməyib. “Qarabağ”ın azarkeşləri kimi, futbolçular 70 metrlik bayrağı tribunada açılarkən görüblər. 

Klubun mətbuat xidmətindən bildirilib ki, oyun öncəsi bayrağın açılmasını "Qarabağ"ın futbolçularına əlavə ruh yüksəkliyi verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb