Nemtsovun qətlində şok təfərrüat

20:24 | 14.01.2016
Nemtsovun qətlində şok təfərrüat

Nemtsovun qətlində şok təfərrüat

Boris Nemtsovun qətlində ittiham olunan şəxslərdən Anzor Qubaşev istintaqa gözlənilməz açıqlama verib.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Qubaşev Nemtsovu Beslan Şavanovun qətlə yetirdiyini deyib.

"Bu gün ittihamlar yekun redaksiyada təqdim olunub. Anzor Qubaşev öz günahını etiraf etmir. O, ifadələrini dəyişərək Boris Nemstovu Zaur Dadayevin deyil, Beslan Şavanovun öldürdüyünü deyib.

Qubaşev həmən gün Şavanovla Qırmızı meydanı gəzdiklərini və sonra ZAZ maşını ilə hərəkət etdiklərini deyib. Şavanov Qubaşevi qətl zamanı sürücü kimi istifadə edib amma onun qətl planından xəbəri olmayıb” - deyə Anzor Qubaşevin vəkili Musa Xadisov deyib.  

2015-ci il fevralın 27-də Boris Nemtsovun qətlə yetirilməsi işi ilə bağlı ifadə verən Zaur Dadayev isə bundan əvvəl 2 dəfə siyasətçini öldürməyə cəhd etməsindən danışmışdı.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb