"New York Times": Trump ABŞ-ın bütün səfirlərini geri çağıracaq

19:14 | 06.01.2017

"New York Times": Trump ABŞ-ın bütün səfirlərini geri çağıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampım keçid qərargahı yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər ABŞ-ın xarici ölkələrdəki bütün səfirlərinin geri çağrılması barədə sərəncam imzalayıb.

Bu barədə "Report" "New York Times"a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, bu, diplomatlara ABŞ-a qayıtmaqdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilmədiyi ilk haldır.

Sərəncam da həmçinin bu sənədin istinasız olaraq bütün səfirlərə şamil edildiyi vurğulanıb. Hərçənd əvvəllər xüsusən məktəb yaşlı uşaqları olanlara müəyyən güzəşt edilib, onların tədris ilini başa vurması gözlənilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb