Neymarın transferi məhkəmədə

23:24 | 22.01.2014
Neymarın transferi məhkəmədə

Neymarın transferi məhkəmədə

İspaniya məhkəməsi "Barselona"nın Neymarın transferində qeyri-qanuni işlər görməsi ilə bağlı iddia ərizəsini qəbul edib.Qol.Az-ın məlumatına görə, Kataloniya klubunun müxalif yönlü nümayəndəsi Xordi Kases Neymarın transferi zamanı "Barsa"nın prezidenti Sandro Rosellin qanunsuz olaraq 40 milyon avro mənimsıdiyini bildirmişdi. Bundan sonra braziliyalı hücumçunun transferi ilə bağlı sənədləri tələb edən vəkillər işin məhkəməyə verilməsi ilə bağlı müraciət edib və bu qəbul olunub.Qeyd edək ki, hakim Ruz Neymarın transferi araşdırmaq üçün əllərində yetəri qədər fakt olduğunu bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM