NO COMMENT: Ağacların qətliamı - ANN.TV

10:00 | 18.06.2015
NO COMMENT: Ağacların qətliamı - ANN.TV

NO COMMENT: Ağacların qətliamı - ANN.TV

Bu dünyada təkcə insanlar qətlə yetirilmir.

Canlı nə varsa, o doğulur, yaşayır və ölür. Bu, təbii prosesdir, belə olub və bundan sonra da belə olacaq. Hər kəsin öz vədi, öz vədəsi... Tarazlıq o zaman pozulur ki, bu prosesə müdaxil olunsun - canlının həyatı məhv edilsin, öldürülsün, qətlə yetirilsin. Təəssüf ki, bu dünyada hər gün minlərlə, milyonlarla canlının həyatına qəsb edilir, ömrü yarı yolda buraxılır. Və bu canlılara təkcə insanlar aid deyil, ağacların, bitkilərin məhv edilməsi, heyvanların öldürülməsi faktı günü-gündən artır, bəşəriyyət üçün böyük təhlükəyə çevrilir. 

ANN.Az-ın çəkiliş qrupunun hazırladığı növbəti video-süjet də ağacların qətliamına həsr olunub. Əməkdaşlarımızın Qax meşələrində lentə aldığı görüntülər, həqiqətən də ürək ağrıdan mənzərələrdən biridir. Sanki hər kəsilmiş çoxillik ağaclar insan kimi dil açır, öz qatillərinə lənət oxuyur: "Məni niyə öldürdünüz?"

Hazırladılar: Şahpəri Abbasova
Rasim Əliyev
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb