NO COMMENT: Türkiyədə Rusiya əleyhinə etiraz

09:20 | 24.11.2015
NO COMMENT: Türkiyədə Rusiya əleyhinə etiraz

NO COMMENT: Türkiyədə Rusiya əleyhinə etiraz

Rusiya hava qüvvələrinin türkmənlərin sıx yaşadığı Türkmən dağında həyata keçirdiyi əməliyyatlar etirazla qarşılanır. Suriya-Türkiyə sərhədinə yaxın bu ərazidə yaşayan türkmənlər həm İŞİD-lə, həm də Bəşər Əsəd qüvvələrinin həmlələri ilə üzbəüzdür. Ankaradakı Rusiya səfirliyi və İstanbuldakı Rusiya konsulluğu qarşısında ötən həftədən başlayan aksiyalar demək olar ki, hər gün təkrarlanır. Etirazçılar rus hərbi əməliyyatlarının dayandırılmayacağı təqdirdə Türkiyədəki rusları rahat buraxmayacaqlarını bildiriblər. 

Aksiyada Rusiya prezidenti Vladimir Putinlə birgə Turkiyə hökumətinin yürütdüyü Suriya səyasəti də tənqid olunub. Aksiyaların davam etdiyini görən Rusiya səfirliyi təhlükəsizlik məqsədilə ətraf binalarda yaşayan əməkdaşlarını səfirlikdə saxlayır, evlərinə getməyə icazə vermir. 

Qeyd edək ki, Türkiyə hökuməti də Rusiyadan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Hətta dünya mətbuatında tərəflər arasındakı gərginliyin III Dünya Müharibəsinə yol aça biləcəyi ehtimallari da proqnozlaşdırılır. Türkiyə baş naziri Əhməd Davudoğlu əməliyyatlar nəticəsində yeni qaçqın dalğası ilə qarşı-qarşıya qalacaqlarını və buna səbəb olan Rusiyaya adekvat cavab verəcəklərinə dair fikirlər səsləndirib. Bu gərginliyin fonunda Rusiya Türkiyəni vurarsa, NATO-nun da Türkiyəni müdafiə etməsi gündəmə gələ bilər. Millətçilər AKP hökumətini türkmənlərin taleyinə biganə qaldıqlarına görə tənqid edir. Amma hökumət bu tənqidləri qəbul etmək istəmir. Baş nazir Davudoğlu son açıqlamasında Rusiyanın əməliyyatları ilə bağlı nəticələrdən bəhs edib, həmçinin MİT-in (Milli Təhlükəsizlik Təşkilatının) həyata keçirdikləri yük maşınları əməliyyatına görə türkmənlərin taleyi ilə bağlı məsuliyyət daşıdığını deyib. Bir müddət əvvəl polis MİT tərəfindən Suriyaya yardım adı altında göndərilən yük maşınlarını yaxalamışdı və bu yardımların əslində silah-sursat olduğu ortaya çıxmışdı. 

Hökumət bu əməliyyatı keçirən polis nümayəndələrini "parallelçi”likdə (Fətullah Gülən tərəfdarları) ittiham edərək cinayət məsuliyyətinə cəlb edib. Xatırladaq ki, Rusiya əleyhinə aksiyalar ötən həftənin cümə günündən başlayıb.

ANN.TV Türkiyəni bürüyən "Rusiyaya etiraz” aksiyalarından videonu oxuculara təqdim edir.
  
Şəhla Əbusəttar Yaman
 
Ankara

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM