Norveç xaricə dustaq ixrac edəcək

18:13 | 10.09.2014
Norveç xaricə dustaq ixrac edəcək

Norveç xaricə dustaq ixrac edəcək

Norveç hökuməti, həbsxanalardakı sıxlığı azaltmaq məqsədi ilə məhkumların bir qismini Hollandiyadakı həbsxanalara göndərəcək. 

ANN.Az-ın xarici mediyaya istinadən xəbərinə görə, iki ölkə bu barədə razılığa gəlib, ilk mərhələdə Norveçdən Hollandiyaya 300 məhkumun nəql edilməsi planlaşdırılır. 

Norveçdə həbs olunanların sayı nisbətən az olsa da, hal-hazırda 1300 adam cəzasını çəkmək üçün həbsxanalarda növbə gözləyir. Sazişin həyata keçirilməsi zamanı məhkumların yaxınlarının tez-tez onları ziyarət edə bilməsi məsələsini həll etməsi lazım gələcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM