Norveçi tərk edən miqrantlara 9 min dollar ödənəcək

15:32 | 08.12.2015
Norveçi tərk edən miqrantlara 9 min dollar ödənəcək

Norveçi tərk edən miqrantlara 9 min dollar ödənəcək

Norveç hökuməti ölkəni tərk etməyə razı olan miqrantlara pul ödəyəcək. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə 2015-ci ildə 900 miqrant hökumətin köməyi ilə Norveçi tərk edib.

2 uşaqlı miqrant ailələrinin hər birinin tarixi vətənlərinə qayıtmaları üçün Norveç hökuməti onlara pulsuz təyyarə bileti və 80 min kron (9,5 min dollar) pul ödəyib.

Rəsmi Oslonun miqrantlara ölkələrinə qayıtması qarşılığında pul ödəməsi bura axın edən miqrantların sayının kəskin artmasına yol açıb.

Əgər ilin əvvəllərində ölkəyə 100-ə yaxın müracət sənədi təqdim edilirdisə, oktyabrda bu rəqəm 150, noyabrda isə 200-ə çatıb.

Norveç hökuməti pul qarşılığında çoxlu miqrantın ölkədən gedəcəyinə ümidlidir.

5,2 milyon əhalisi olan Norveçdə əhalinin 10 faizi mühacirdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM