Novosibirsk valisi Putinin qohumunu qovdu

10:30 | 26.12.2013
Novosibirsk valisi Putinin qohumunu qovdu

Novosibirsk valisi Putinin qohumunu qovdu

Rusiyanın Novosibirsk vilayətinin valisi Vasili Yurçenko, prezident Vladimir Putinin qohumu olan məsləhətçisi Roman Putini vəzifəsindən azad edib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, R.Putinin Novosibirsk valiliyində məsləhətçi kimi işə başlamasından hələ 1,5 il keçməyib. Vali Yurçenko onu Müdafiə Nazirliyində baş verən korrupsiya hadisəsindən sonra parçalanan Oboronservis şirkətinin tərkibində olan avtomobil təmiri fabrikində layihə məsləhətçisi vəzifəsinə gətirmişdi.Vali, layihə həyata keçirilmədiyi üçün R.Putinin işinə son verib. Putinin əmisi oğlu İqor Putinin oğlu olan 36 yaşlı Roman Putin, MRT adlı çay şirkətinin idarə heyətinin rəhbəridir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb