Novruz Məmmədov: "Heç olmasa, bu məsələdə dövlətlər ədalətli olmalıdır"

12:00 | 14.11.2015
Novruz Məmmədov:

Novruz Məmmədov: "Heç olmasa, bu məsələdə dövlətlər ədalətli olmalıdır"

Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir

"Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb. 

Parisdə törədilən terror aktlarına münasibət bildirən N.Məmmədov qeyd edib ki, amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb: "Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM