Novruz Məmmədov: İnkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdü

12:58 | 30.11.2015
Novruz Məmmədov: İnkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdü

Novruz Məmmədov: İnkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdü

Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilib.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "twitter" səhifəsində yazıb.

O qeyd edib ki, bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür:

"İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları  iştirak edəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb