Növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

17:28 | 06.12.2017
Növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

Növbədənkənar prezident seçkilərinin müddəti azaldılır

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir.

Anews.az APA-ya istinadən xəbər verir ki, bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM